
İş saatlarında tam komfort və relaks — Masaj Funksiyalı Premium Ofis Kreslosu! Günün böyük hissəsini masa arxasında keçirirsinizsə, bu kreslo sizin üçün sadəcə bir mebel deyil, həm də şəxsi masaj salonunuz olacaq. Kürək, boyun və bel ağrılarına birdəfəlik əlvida deyin! Üstünlükləri və Funksiyaları: ----Zonalı Masaj Sistemi: Boyun, kürək (bədənin yuxarı hissəsi), bel (bədənin aşağı hissəsi) və ayaq nahiyələri üçün xüsusi masaj növləri. ---- Tam Bədən Masajı: Bir toxunuşla bütün bədəni əhatə edən masaj proqramı (Genel / Full Body). ----Ağıllı İdarəetmə (M-Rejim): Masajın növlərini (ovma, döyəcləmə və s.) və intensivliyini (Güclü/Zəif) özünüzə uyğun tənzimləyin. ---- İsitmə (Heater) Funksiyası: Masaj zamanı bel və oturacaq hissəsini qızdıraraq qan dövranını yaxşılaşdırır və əzələləri tam boşaldır. ----Erqonomik və Hərəkətli Dizayn: Kürək hissəsini yuxarı-aşağı hərəkət etdirərək ideal oturuş bucağını tapın. İstədiyiniz an masaja fasilə (Pause) verə bilərsiniz. ----Premium Keyfiyyət: Şık romb naxışlı ekoloji dəri dizaynı, rahat qolaltıları və dözümlü təkərli ayaq sistemi ilə ofisinizə vizual gözəllik qatacaq.